Azərbaycanda işıq pulu tarixinə son qoyula bilər
Azərbaycanda işıq pulu ləğv edilə bilər. Bu istiqamətdə mühüm yeniliklər nəzərdə tutulur. Özbəkistanda vətəndaşlar evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəyir, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə edirlər. Bu model bərpa olunan enerjinin məişətdə daha geniş istifadəsinə və vətəndaşların enerji istehsalında iştirakına imkan yaradır. Azərbaycanda da fərdi evlərdə günəş panellərinin quraşdırılmasına və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsinə hüquqi imkan yaradılıb.
Minval.info xəbər verir ki, ölkəmizdə vətəndaşların artıq elektrik enerjisini dövlətə sataraq real gəlir əldə etməsi mümkündür. Deputat Vüqar Bayramovun sözlərinə görə, bərpa olunan enerjidən istifadə artıq bir sıra ölkələrdə tətbiq olunur. O, qeyd edib ki, qardaş Türkiyə, Özbəkistan və digər ölkələrdə bu sistem mövcuddur. Azərbaycanda da bu istiqamətdə qanunvericilik bazası təkmilləşdirilib və yaşıl enerjidən istifadə ilə bağlı qanunvericilik əhəmiyyətli şəkildə yenilənib.
Vüqar Bayramov bildirib ki, Azərbaycanda günəş və külək enerjisindən istifadə imkanları böyükdür. Vətəndaşlar günəş panelləri quraşdıraraq öz enerji istehlakını təmin edə bilərlər. Bu, dayanıqlı enerji təminatı deməkdir. Hətta bəzi ölkələrdə vətəndaşlar əldə etdikləri enerjinin bir hissəsini dövlətə satır və bu sistem ümumi enerji sisteminə inteqrasiya olunur. Nəticədə vətəndaşlar həm öz istehlakı üçün enerji istehsal edir, həm də artıq enerjini sataraq gəlir əldə edə bilirlər. Bu praktikaların Azərbaycanda da tətbiqi ilə bağlı təkliflər təqdim edilib və bu, ölkəmiz üçün də məqbul hesab edilə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır