"Azəriqaz"dan xəbərdarlıq:
Bu gün Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İB-dən Minval.az-a verilən məlumata görə, diametri 530 millimetrlik orta təzyiqli qaz kəmərindən qidalanan qaz təchizatı şəbəkəsində təmir bərpa işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan təmir işləri tamamlananadək Sumqayıt şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Binəqədi rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Bakıda küçələr və prospektlər yuyuldu
Diplomatlar Xudavəng monastırına səfər etdilər
Bakı metrosu yeni tədris ilinə hazırdır!
Bakıda metro qazıntısı: Bina boşaldılmayıb!
Bakının futbol istedadı: Ceyms Eziasinin hədəfləri
Gəncə basketbol klubu İvan Luna ilə güclənir