Azərbaycanlılar Almaniyada həbsxanada qiyam qaldırıblar
Bavariyanın Ayxşteyn şəhəridə deportasiya nəzarətxanasında qiyam qaldırmış Azərbaycan və Tacikistan vətəndaşlarının işinə baxılır. Bizimyol.info xəbər verir ki, bu barədə Almaniyanın “Augsburger Allgemeine” nəşri məlumat yayıb.
Məlumata görə, 2018-ci ilin 25 dekabrında adı çəkilməyən azərbaycanlı miqrant nəzarətxanadakı döşəkləri, tualet kağızını yandırıb və stulun ayağı ilə nəzarət kameralarını qırıb. Yaranmış xaosdan istifadə edən bir neçə miqrant qaçmağa cəhd göstərib.
Alman polisi asayişi bərpa edib və 24 yaşlı azərbaycanlı ilə 36 yaşlı taciki həbs ediblər. Hadisə nəticəsində yaralananlar olub.
2019-cu ilin avqustun 23-də baş tutmuş məhkəmə zamanı hadisənin səbəbkarı olaraq azərbaycanlı ittiham edilib.
“Mən heç kimi təşviq etməmişəm. Bu həbsxanda 6 həftə saxlanıldım.Mənə çox pis idi.Hər dəfə məhkəmənin vaxtını uzadırdılar, nə həkim, nə də vəkillə əlaqə saxlamağma imkan verilmirdi. Qaçış planını özüm hazırladım və heç kimi qaçmağa çağırmadım”,- deyə azərbaycanlı məhkəmədə bildirib.
Qəzetin yazdığına görə, azərbaycanlı miqrant öz günahını etiraf etsə də, tacik olanları irarla təkzib edib və soydaşımzı günahlandırıb. Hər iki miqrant tezliklə Almaniyanı tərk etmək arzusunda olduqlarını bildiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü
