Azərbaycanlı milyarderin Bakıda 18 milyon manat xərclədiyi bağı (VİDEO)
Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun bağından görüntülər yayılıb.
Minbal.info baku.ws-ə istinadən xəbər verir ki, yayılan görüntülər milyarderin Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən iqamətgahından çəkilib.
Qeyd edək ki, İtaliyanın yaşıllaşdırma-landşaft işləri görən “Paghera” şirkəti ilə azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun Bakıdakı nümayəndələri arasında qarşılıqlı ittihamlarla müşayiət olunan qalmaqal yaranıb.
Şirkət, biznesmenin Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən iqamətgahının 6 hektarlıq ərazisində yaşıllaşdırma-landşaft işləri üçün 12 milyon avroluq sifariş alıb.
Lakin 9 milyon avroya yaxın pul ödəniləndən sonra işlərin bir qisminin keyfiyyətsiz görüldüyu, yaxud yarımçıq qaldığı müəyyən olunub. Nəticədə biznesmen italyanlarla əməkdaşlığı dayandırıb.
Əhmədovun hüquqi nümayəndəsi və italyanlarla müqavilədə sifarişçi tərəf qismində çıxış edən Nail Şahverdiyev (“Baku Caspian Real Estate Limited” MMC-nin direktoru) onların barəsində Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
