Xəzər Universitetində fəlsəfə dərsi deyən fəlsəfə doktoru Mail Yaqub təhsil müəssisəsinin ona verdiyi məvacibə etiraz əlaməti olaraq istefa verdiyini açıqlayıb.
Minval.info xəbər verir ki, istefasına Mail Yaqub sosial şəbəkə hesabında aydınlıq gətirib.
“Hər il tələbələrindən fantastik məbləğdə pul yığıb fədakar müəllimlərinə qəpik-quruş əmək haqqı verməklə onları təhqir edən, tələbə və müəllimlərinin fikrinə zərrə qədər də dəyər verməyən universitetin adına Xəzər Universiteti deyilir. Ölkədə geniş miqyasda islahat gedərkən bu universitet özünü uzaq bir ada zənn edir, min bir əzabla çalışan müəlliminə 160 manat əmək haqqı yazır”, – M.Yaqub bildirib.
Qeyd edək ki, Xəzər Universitetində illik təhsilhaqqı ixtisasdan asılı olaraq, ortalama 4000-4500 arasında dəyişir.

































