Azərbaycanın məşhur onlayn alış-veriş saytı cərimələnib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquqlarının pozulmasına görə “Shop.az Vebtures” MMC barəsində inzibati protokol tərtib edib.
“Report” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu (qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə) maddəsi ilə yazılan protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Bu inzibati xətaya görə hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Shop.az Vebtures” MMC shop.az internet saytı vasitəsilə Azərbaycanın online alış-veriş mərkəzi kimi fəaliyyət göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Bank kartlarından da vergi tutulacaq? - İZAH
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB