Azərbaycanın 16 milyard manat borcu var - RƏSMİ
1 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 mlrd. 398,3 mln. ABŞ dolları (15 mlrd. 978,1 mln. manat) olub.
Minval.İnfo Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22,8% (2017-ci il üçün hesablanmış 70 mlrd. 135,1 mln. manat ÜDM-ə nisbətdə) təşkil edib.
Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Qeyd edək ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Devalvasiya gözlənilir? - Baş bankir AÇIQLADI
Azərbaycanda məşhur tender mafiyası yenə də iş başındadır (FOTO)
Azərbaycanda banklarla bağlı yeni cəza növü müəyyənləşib
Bu il azərbaycanlılar Türkiyədən neçə ev alıb?
Banklar depozit faizlərini kütləvi şəkildə ucuzlaşdırıb - ARAŞDIRMA
Gələn ilin səhiyyə xərclərinin məbləği açıqlanıb
