Azərbaycanda yeni zirvə fəth olundu

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) alpinistləri Heydər Əliyev Fondunun təşəbbüsü, Bakı Media Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth ediblər.
Minval.İnfo federasiyanın saytına istinadən xəbər verir ki, Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə “Cümhuriyyətin 100 illik zirvəsi” adı verilib. Zirvədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş məlumat lövhəsi bərkidilib.
Ümumi çəkisi 95 kiloqram, hündürlüyü isə 1 metr 40 santimetr olan abidə zirvəyə alpinistlərin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin köməyi ilə daşınıb.
Abidənin müəllifi Əməkdar rəssam və heykəltəraş Azad Əliyevdir. Layihənin əlaqələndiricisi isə Səlhab Məmmədovdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşdü
Xankəndi və Füzulidə incəsənətə yeni nəfəs
Bayramov və Mirzoyan Nyu-Yorkda sülhü müzakirə edəcək
Anar Bayramovdan Sumqayıtda iki vacib təyinat
Azərbaycanda sabit internet tarifləri artırılacaq
Bakıda 21 və 30 nömrəli marşrut dəyişdi
Dilarə Əliyeva Bakının tıxac problemindən şikayətləndi