Azərbaycanda yeni qurum yaradılacaq

Azərbaycanda yeni qurum yaradılacaq.
Minval.İnfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin (MM) Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə məlumat verib.
O, Aqrar siyasət komitəsinin aprelin 26-da keçirilən iclasında “Aqrar sığorta haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib ki, belə bir sənəd aqrar sektorda sığorta məsələləri ilə bağlı üzə çıxan problemlərin həlli yönümündə mühüm addım ola bilər və olacaq:
“Bu sənədin qəbulu ilə həm də ölkədə yeni qurum – Aqrar sığorta qurumu yaradılır. Özü də bu təşkilat qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərəcək.
Yəni aqrar sektorda sığorta ilə bağlı bütün məsələlər bu orqan tərəfindən tənzimlənəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ