Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Mingəçevir Rəsm Qalereyasının direktor müavini Fatma Ələkbərovanın işə düzəltmək adı altında vətəndaşın pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.
Mingəçevir şəhər prokurorluğundan “Minval.info”ya verilən məlumata görə, araşdırmalarla Fatma Ələkbərovanın tanışının Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına köçürülmə qaydasında işə qəbul olunacağı barədə yalan vədlər verməklə ondan 7 min manat pul vəsaitini alaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xırdalanda etiraz - AAAF Park sakinləri yolu bağladılar - FOTOLAR, VİDEO
Sabah hava necə olacaq?
Dünyanın bu yerlərinə milyarderlər belə gedə bilmir - Fotolar
"Bəzən dərmanlar çox yüksək qiymətlərə satılır" - Millət vəkili həkim
"Bizdən sui-istifadə edən icra hakimiyyətləri var" - Lalə Məmmədova
“1 həftədən sonra ölkəmizdə koronavirus...”