25.04.2019 - 08:08
Lənkəranda quduzlaşmış itlər 9 nəfəri dişləyib
Vacib 3 baxış

Azərbaycanda quduzlaşmış itlər 9 nəfəri dişləyib - Fotolar, Video

Lənkəranda quduzlaşmış itlər sakinlərə hücum edib.

Minval.info-nun “Report”a istinadən verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib.

Bildirilir ki, 9 nəfər it dişləməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Belə ki, 1999-cu il təvəllüdlü Kazımlı Tural Sadiq oğlu, 1974-cü il təvəllüdlü Muradov Tahir Vəlihəd oğlu, 1959-cu il təvəllüdlü Əkbərov Meysəm Ağakərim oğlu, habelə Həbibov Zahid Fərhad oğlu (1988), İsmayılova Nailə Abdulhəsən qızı (1957), Hüseynov Şakir Cənnət oğlu (1955), Aslanlı İsa Rövşən oğlu (1994), Məmmədov Əlifağa Ələkbər oğlu (2000) it dişləməsi diaqnozu ilə xəstəxanaya gətiriliblər.

Daha bir nəfər isə ambulator yardımdan sonra evə buraxılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: