Cəbrayıl rayonunda ikinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha bir erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.

Bu barədə “Minval.info” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbçinin şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da Azərbaycan ərazisində qalıqları aşkarlanan itkin erməni hərbçilərin sayı 1 652 nəfərə çatıb. Axtarışlar davam edir.

Qeyd edək ki, bu, itkin sayılmış erməni hərbçilərin sayıdır.