Azərbaycanda qadın hakim istefa verdi
Yasamal rayon məhkəməsinin hakimi istefa verib.
Minval.info-nun Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Aytən Mirzəzadə bir müddət əvvəl Məhkəmə Hüquq Şurasına ərizə verərək səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini istəyib.
MHŞ-nin növbəti iclasında xanım hakimin ərizəsinə baxılacaq. Məlumata görə, A.Mirzəzadə bundan sonra vəkil kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, 37 yaşlı A.Mirzəzadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib. 2005-ci ildən 2010-cu ilədək Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin mütəxəssisi, aparıcı məsləhətçisi vəzifəsində, daha sonra isə 3 il ərzində Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyib. Son 5 ildə də hakim kimi fəaliyyət göstərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Veysəloğlu" şirkəti 91 min manat cərimələndi
Havaların bu qədər isti olmasının səbəbi bilindi
Bu gün Azərbaycanda iş vaxtı 1 saat qısaldılır - RƏSMİ
Ağstafada ana və qızı itkin düşdü - FOTO
Meriyanın yeni qurumunun hansı işlər görəcəyi məlum oldu
Polislər Sumqayıtda fahişəxanaya basqın etdi - Qadınlar iş başında tutuldu
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO