"5 il Qarabağda vuruşmuşam, hökumətdən nə bir makaron, nə də bir konfet almışam" - FOTOLAR

O, həm Qarabağ müharibəsinin iştirakçısı, həm də Azərbaycanda geniş yayılmayan Kunq-Fu idman növünün ustasıdır.
Müsahibimiz döyüşlərdə olmasına və öldürücü zərbələri ilə məşhur olan idmanla məşğuliyyətinə baxmayaraq, eyni zamanda musiqi alətlərində də möhtəşəm ifa etmək bacarığına sahibdir. Söhbət qəhrəmanımız ustad İlham Kərimlidən gedir.
ƏLAQƏLİ
2 əsrlik Zaqatala qalasında gördüklərimiz: Çar Rusiyasının işğalını ilan təhlükəsi əvəzləyib - FOTO
“Kunq-Fu” ilə tanışlığı…
Müsahibimiz minval.info-ya sözügedən fərqli idman növü ilə nə zaman tanış olduğundan danışıb: “13 yaşımda qohumlarımla birgə Ukraynaya getmişdim. Onlar işlə əlaqədar həmin ölkəyə səfər etmişdilər və fermada çalışırdılar. Bir dəfə gördüm ki, fermanın yanında bir nəfər əlləri ilə hərəkətlər edir. Qohumumdan soruşdum ki, “o, nə edir?”, dedi ki, “Kunq-Fu deyilən idman növü var, onunla məşğuldur”. Ondan xahiş etdim ki, məni həmin adamın yanına aparsın. Qohumum razılaşdı və onunla məni tanış etdi. Elbur adında biri idi və o da Ukraynaya işləməyə gəlmişdi. Vəhşi atları yemləyirdi, müəllimliklə məşğul deyildi. Bu idman növünü Vyetnamda öyrənmişdi. O, bacarığıma bələd olduqdan sonra məni bəyəndi və məşqlərə başladıq. Elə fermanın içərisində “Kunq-Fu”nun 12 illik proqramını 6 il ərzində mənimsədim”.
“Kunq-Fu heyvan döyüşüdür”

İlham Kərimli bildirib ki, Kunq-Fu idman növü ilə məşğul oldunsa, sonunda mütləq ustalığa yiyələnirsən: “Məsələn, tələbələrimizdən birinin anası oğlunun məşqinə baxmaq üçün zala gəlirdi. İndi özü müəyyən tələbələrimizdən çox biliyə sahinbdir. “Konq-Fu” yolunun sonu ustalıqdır. Üstəlik, bu idman növündə yaş həddi yoxdur. Mənim 60 yaşında tələbəm var. Görsəniz təəccüblənərsiniz, ona 60 yaş verməzsiniz. Kunq-Fu dedikdə, heyvan döyüşlərini nəzərdə tuturuq. Döyüşməyi insanlarmı heyvanlardan, yoxsa heyvanlarmı insanlardan öyrəndi? Biz heyvanlardan öyrənmişik. Məsələn, taekvando idman növü kenqurunun hərəkətlərindən götürülüb, boksçular isə çərkəz quşundan”.
“Federasiya məni Azərbaycandan getməyə qoymadı”
ƏLAQƏLİ
Xankəndindən video-reportaj! Azadlıq Radiosunun erməni xidməti görün nələr çəkib - VİDEO
Tələbələrinə zərb aləti vasitəsilə ritmlə məşq keçən idman ustası “Qiyam Ley” döyüş sənətini kəşf edib: “Bu, 37 dövlət tərəfindən təsdiqlənib. Ritmlə, xüsusən bu cür tərzdə heç bir yerdə məşqlər keçirilmir. Biz bunu yaymağa və təbliğatını aparmağa çalışırıq. Kəşf etdiyim döyüş növü “Kunq-Fu”dan qaynaqlanıb. “Qiyam Ley”ə mənə məxsus yeni fəndlər daxil etmişəm. Buraya “Kunq-Fu”dakı hərəkətlərin bəziləri aid deyil.
Bizim ölkədə bəzi yalançı müəllimlər var. Mən nəyə görə küsmüşdüm Azərbaycandan? Ölkədən gedirdim, məni BUDO Döyüş Növləri Federasiyası saxladı. Dedilər ki, “getsəniz, bunu özümüzə bağışlamarıq. Siz Azərbaycanın böyük ustadısınız”. Hətta bir maraqlı məqama toxunum. Azərbaycanda tanınmış döyüş ustası və aktyor Süleyman Məmmədli seminarlardan birində çıxışlarıma baxdılar və söylədilər ki, “sən qeyri-adi ustasan, sən əfsanəsən”. Eyni zamanda qeyd edim ki, onlar məni “YouTube”da, sosial şəbəkələrdə də izləyirlər. Beynəlxalq Cet-Kun-do Federasiyasının Prezidenti, qrand-master Mixail Kim də seminara qatılmışdı mən barədə təəssüratlarını bölüşərkən bildirdi ki, “sən Allahın sevimli bəndəsisən ki, fəndləri beynində saxlaya bilirsən və kəşfləri mükəmməl nümayiş etdirirsən”.”
“… yarışlar keçirilsə, meyitlər üst-üstə yığılar”
ƏLAQƏLİ
Keçmiş qudaların davası: “500 minlik məhkəmə qalmaqalı”nın ilginc detalları - Video

İdman ustası məşhurların da onun məşqlərinə qatıldığını söyləyib. O bildirib ki, Çingiz Mustafayev və Xəyyam Nisanov da tələbələri sırasında olub. İlham Kərimli “Kunq-Fu”da ölümcül zərbələrin çox olduğu üçün bu idman növü üzrə yarışların təşkil edilmədiyini qeyd edib: “Lakin gizli şəkildə döyüşlər təşkil olunur. Dünya miqyasında yarışlar keçirilsə, meyitlər üst-üstə yığılar. Tələbələri adi bir çırtma ilə vurarkən soruşuruq ki, “incitmədim səni?” Çünki özləri də bu zərbənin ağrı verdiyini bildirirlər”.
“Hökumətdən nə bir makaron, nə də bir konfet almışam”
ƏLAQƏLİ
2 əsrlik Zaqatala qalasında gördüklərimiz: Çar Rusiyasının işğalını ilan təhlükəsi əvəzləyib - FOTO

Müsahibimiz “sizə federasiya tərəfindən diqqət ayrılırmı?” sualına “sarı simlərimə toxundunuz” cavabını verib: “27-ci ilə keçir ki, Şuşadan köçkün gəlmişik. 2 il hərbi xidmətdə, 5 il müharibədə olmuşam. Hökumətdən nə bir makaron, nə də bir konfet almışam. 5 qardaşıq, atamla anam burada dünyasını dəyişdi. Vəfat edənə qədər dedi ki, nəbadə kiminsə qapısını döyüb nəsə istəyəsiniz. Bilirdi ki, elə insan deyilik, bizə yaraşmaz. İndiyə qədər yalnız Allahın qapısını döymüşəm. Bizimlə maraqlanan da olmayıb. Bir dəfə qeyd etdiyim kimi, ölkədən gedənə yaxın gəlmişdilər”.
Filmdə çəkilmək üçün təkliflərdən söhbət düşərkən İlham Kərimli “İqlim” adlı ekran işində rol aldığından danışıb: “Bir dəfə bizi filmə çəkdilər. Orada da biabır olduq. Dedim ki, “belə film olar?”. Heç bizə geyim də vermirdilər. Çəkiliş üçün hərəkət edirdik, paltarlarımız cırılırdı. Forma tələb edirdik, amma faydası olmurdu”.
Ardı var…
Samir Mirzə
Foto: Fərid Özay
ƏLAQƏLİ
Xankəndindən video-reportaj! Azadlıq Radiosunun erməni xidməti görün nələr çəkib - VİDEO
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"15 hərbçi yanğından əvvəl öldürülmüşdü"
LAÇINda çörək satan qazi : "Mən bura qazanc dalınca gəlməmişəm...
İranın Turan qapısı qorxusu, iğtişaşların, təlimlərin pərdəarxası - REPORTAJ








