Azərbaycanda gənclər turizm sahəsində işlə təmin olunacaq
Bakıda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə turizm sahəsində gənclərin məşğulluğu məsələlərinin həlli məqsədi ilə əmək yarmarkası keçirilib.
Yarmarka barədə Trend-ə Assosiasiyanın rəhbəri Səkinə Babayeva məlumat verib.
Onun sözlərinə görə, yarmarka “Gənclərin həmrəyliyinə dəstək” İctimai Birliyinin reallaşdırdığı gənclər layihəsi çərçivəsində keçirilib:
“Yarmarka gənclər arasında böyük marağa səbəb olub. Bu cür tədbirlər keçirməklə gənclərə işədüzəlmə ilıə bağlı onları maraqlandıran məlumatlar təqdim olunur”.
S.Babayeva bildirib ki, yarmarka Azərbaycanda biznes mühitinin yaxşılaşmasında turizm sahəsinin rolunun gücləndirilməsinə yönəlib.
Qeyd edək ki, əmək yarmarkası aprelin 12-13-də “Aqro Mall” ticarət mərkəzində keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan ağır itkilər verdi! Sərhəddə doyüş toqquşması - "Səhər Xəbər"
İŞİD-ə qoşulan azərbaycanlının arvadının başına gətirilənlər - VİDEO
Rüşvətə görə işdən çıxarılan məmur qızı yenə söyüşə keçdi - FOTO
Nigar Camala hücum edən şəxs saxlanıldı
Dövlət Gömrük Komitəsinin daha bir polkovniki işdən çıxarıldı
"Araz" marketdə zərərli 500 kq məhsul tapıldı