Azərbaycanda dəhşətli hadisə: Qohumları tərəfindən amansızlıqla döyüldü - VİDEO
Cəlilabad rayonunda kütləvi dava nəticəsində bir nəfər ağır xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Alar kəndində baş verib. Belə ki, kənd sakini Zaur Quliyev qohumları tərəfindən döyülüb.
Zərərçəkənin oğlu və yaxınlarının sözlərinə görə, hadisə yaşadıqları evin həyətində baş verib:
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
“Biz həyətimizin qabağında dayanmışdıq. Bir anda bizə hücum etdilər. Əllərində armatur, plastik su boruları ilə atama zərbələr endirdilər. Sonra isə Ə.Quliyev əlində daş parçası ilə gəlib atamın baş nahiyəsindən ağır zərbə endirdi”.
İlkin məlumata görə, Z.Quliyevin həyətyanı sahəsindən təsərrüfat texnikasının keçməsinə icazə verməməsi qohumların qəzəbinə səbəb olub. Axşam saatlarında tərəflər arasında yaranan mübahisə isə sonradan əlbəyaxa davaya çevrilib. 10-a yaxın şəxs Z.Quliyevi küt alətlə döyərək, ona ağır xəsarətlər yetiriblər.
Zərərçəkən hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edib. Şöbədə onun halı pisləşdiyi üçün polislər tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsi zamanı Zaur Quliyevin baş nahiyəsində çoxsaylı sınıqların olduğu müəyyənləşib.
Ailə yaxınlarının sözlərinə görə, Z.Quliyev 20 il bundan əvvəl qıcolmadan əziyyət çəkib:
“Uzun illər müalicə olundu, sağaldı. Həkimlərdən heç bir şikayətimiz yoxdur, əllərindən gələni edirlər. Amma daşı necə vurublarsa, bu günə qalıb. Ağzından köpük gəlir”.
Hazırda xəstəxanada olan Z.Quliyevin vəziyyətinin ağır olduğu, hadisədən sonra danışıq qabiliyyətini itirdiyi qeyd olunur.
ƏLAQƏLİ
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO