Azərbaycanda “Coca-Cola”ya cərimə yazıldı
“Azərbaycan Coca-Cola Bottlers Limited” ” MMC-yə inzibati cərimə yazılıb.
“Report”un əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol baxılması üçün Binəqdi Rayon Məhkəməsinə göndərilib.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
İşə hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.
“Azərbaycan Coka-Cola Bottlers Limited” dünyanın 200-dən çox ölkəsində sərinləşdirici içkilər istehsal edən ABŞ şirkəti “Coca-Cola”nın yerli törəməsidir.
Şirkət Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Bank kartlarından da vergi tutulacaq? - İZAH
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB