Azərbaycanda bütün məktəblərdə dini dərslər keçiləcək
Qafqaz Müsəlmanları İdarəsi Quran kurslarına icazə verib. Dövlət də Quran kurslarının olmasını lazım bilir.
ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M.Qurbanlı qeyd edib ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək:
“Tələbələr həmin dərslərdən imtahan verəcəklər. İslam dini onların içərisində daha yüksək yer tutur. Artıq həmin dərsliklər hazırlanıb. Təhsil Nazirliyi həmin dərslikləri Dövlət Komitəsinə göndərib. Bütün orta məktəblərdə tədris proqramlarına geniş şəkildə İslam dini haqqında məlumatlar əlavə edlilib.
İslam şagirdlərə orta məktəbdə aşağı siniflərdən öyrədiləcək. İlahiyyatçı alimlər buna baxırlar. Şagirdlərə hər hansı fikrin yanlış çatdırılmaması üçün bütün məsələlər nəzərə alınır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DTX əməliyyat keçirdi - Silahlı qarşıdurma...
Ərdoğanla Makronu yaxınlaşdıran Trampdır?
Ticarət mərkəzlərinə gələnlərin hərarəti ölçüləcək
“Həyat yoldaşımın maskasını taxıram” – Hər gün işə gedən aparıcılar danışdı
Göyçayın sabiq icra nümayəndəsi 800 min manat rüşvət alıb - İTTİHAM AKTI