"Azərbaycanda bütün bölgələrdə virus yayılıb"- Yaqut Qarayeva
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilir.
Musavat.com xəbər verir ki, mətbuat konfransında çıxış edən TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva ölkə üzrə koronavirusun yayılması coğrafiyası ilə bağlı da sualı cavablandırıb
“Konkret olaraq regiona adı çəkmək olmaz. Bütün bölgələrdə virus yayılıb”- deyə Yaqut Qarayev bildirib.
Yaqut Qarayeva söyləyib ki, bir nəfər koronavirusa yoluxan şəxs bir neçə vətəndaşı yoluxdura halları müşahidə olunur: “Biz ona görə buradan, sizin vasitəsilə müraciət edirik ki, hər kəs evdə otursun. Hər kəs özünü izolyasiya eləsin. Bir nəfər başqa bölgədən başqa bölgəyə gedir, bir idarədən başqa idarəyə gedir. Bununla da bir nəfər 20-30-40 nəfər qədər ayrı şəxsə yoluxdurur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistanın yeni müdafiə naziri komandirini bıçaqlayıbmış
Vilayət Eyvazov iki rəis təyin etdi
İTV-də hadisə, işçi 2-ci mərtəbədən yıxıldı - Yenilənib
"Azərsu" tariflərin artırılmasını şərh edib
Paşinyan azərbaycanlı jurnalistin sualını cavablandırdı
McDonalds restoranlarına gedənlərə dəhşətli XƏBƏR: “Övladlarınız yazıqdır!”