Azərbaycanda bu borclar silinəcək: Tam siyahı
Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək.
Minval.İnfo “Trend“-ə istinadən məlumat verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borcları tam məbləğdə silinir.
Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixində yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:
1. Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış pensiyanın) 10 faizi ödənildikdə maliyyə sanksiyalarının (hesablanmış pensiyanın) ödənilməmiş 90 faizi silinir.
2. Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış pensiyanın) 30 faizi ödənildikdə maliyyə sanksiyalarının (hesablanmış pensiyanın) ödənilməmiş 70 faizi silinir.
3. Sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış pensiyanın) 50 faizi ödənildikdə maliyyə sanksiyalarının (hesablanmış pensiyanın) ödənilməmiş 50 faizi silinir.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında qəbul edilib.
Qanun aprelin 1-dən qüvvəyə minəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Bank kartlarından da vergi tutulacaq? - İZAH
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB
