09.05.2019 - 18:28
Vacib 3 baxış

Azərbaycanda ağır yol qəzası: Yaralılar yola düşdü - (VİDEO 18+)

Salyan rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Minval.info “Report”a istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında yeni Ələt-Astara magistral yolunun Arbatan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol ilə hərəkətdə olan “Jiquli” markalı avtomobil idarəetməni itirərək mühafizə səddinə çırpılıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakinləri – 1981-ci il təvəllüdlü Allahverdiyeva Səkinə Abas qızı, 1977-ci il təvəllüdlü Məmmədov Elçin Quzu oğlu, 1992-ci il təvəllüdlü Məmmədov Habil Bəhrəm oğlu və 1989-cu il təvəllüdlü İsmayılov Rauf İsrafil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində insanlar yola düşüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: