Azərbaycanda 50-dən çox ailəyə mal-materiallar verilib

Bu gün özünüməşğulluq proqramı çərçivəsində daha 50-dən çox ailəyə mal-materiallar verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası işlərinin davamı olaraq, nazirlik tərəfindən bu gün özünüməşğulluq proqramı çərçivəsində Şamaxı, İsmayıllı, Ağsu, Tovuz, Göygöl və digər bir sıra rayonlarda 50-dən işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) təqdim olunub.
Onlardan böyük əksəriyyəti biznes-planlarına uyğun olaraq heyvandarlıq üzrə təsərrüfatlarını qurmaq üçün iri və xırda buynuzlu mal-qara ilə təmin ediliblər.
Mal-və materiallarla təmin olunan insanlar bu proqrama cəlb olunarkən ilk növbədə təlim kurslarında iştirak etdiklərini, bu kursda biznesin təşkili və idarə olunması üzrə zəruri bilik və bacarıqlara yiyələndiklərini bildiriblər. Onlar ölkəmizdə belə bir əhəmiyyətli proqramın həyata keçirilməsinə, aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, kiçik ailə biznesinə çıxış üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Proqram çərçivəsində yaradılan təsərüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir ki, bu da həmin sahənin inkişafı, aqrar sektorda məhsul artımı üçün əlavə dəstəkdir.
Cari ildə özünüməşğulluq proqramı çərçivəsində artıq 1100-dən çox ailə təsərrüfatı yaradılıb və proqram iştirakçılarının mal-və materiallarla təmin olunması işləri davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"