Azərbaycana gizlin "iPhone" gətirmək istəyən şəxsdən ağlagəlməz üsul - VİDEO
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Samur” gömrük postunda Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Toyota Prado” markalı avtomobil saxlanılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə baxış zamanı xidməti it avtomobilin ehtiyat təkərinə reaksiya verib.

Daha sonra həmin təkər rentgen qurğusunda yoxlanılıb. Nəticədə, təkərin içində gömrük nəzarətindən gizlədilmiş şəkildə 27 ədəd “iPhone” markalı müxtəlif modelli mobil telefonlar aşkar edilib.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Faktla bağlı araşdırma aparılır.
https://www.youtube.com/watch?v=RxS0WLTsuok
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO