Azərbaycan Super Liqasında Gürcüstan komandası çıxış edəcək
Voleybol üzrə kişi və qadınlardan ibarət Azərbaycan Super Liqalarında da 6 komanda mübarizə aparacaq.
“Report”un məlumatına görə, bu barədə federasiyanın I vitse-prezidenti Faiq Qarayev açıqlama verib. Təcrübəli mütəxəssis bildirib ki, çempionatda Gürcüstanın kişi və qadınlardan ibarət komandaları da mübarizə aparacaq. Artıq bununla bağlı Gürcüstan Voleybol Federasiyasından razılıq məktubu gəlib.
F.Qarayev həmçinin qed edib ki, çempionatla bağlı digər məsələlərə dair açıqlama yaxın günlərdə veriləcək.
Federasiya rəsmisi Azərbaycan klublarının gələn mövsümdən Avropa Kuboklarında çıxış edəcəklərini də vurğulayıb: “Bu il qadınlardan ibarət Azərbaycan milli komandasının voleybolçularının xaricdə çıxış edə bilmələri üçün azad transfer hüququ verdik. Gələn il isə yəqin ki, avrokuboklarda iştirak edəcəyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı