Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 52 678,7 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 86 %-i və yaxud 45 306,8 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14 %-i və yaxud 7 371,9 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 278,2 milyon dollar və yaxud 0,5 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 42,8 milyon dollar və yaxud 0,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 235,4 milyon dollar və yaxud 3,3 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 2 118,5 milyon dollar və yaxud 4,2 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 201,9 milyon dollar və yaxud 2,7 %, AMB-nin valyuta ehtiyatları isə 916,6 milyon dollar və yaxud 14,2 % artım nümayiş etdirib.

ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)
01.07.2022 45 306,8 7 371,9 52 678,7
01.04.2022 45 264,0 7 136,5 52 400,5
01.01.2022 45 025,1 7 075,4 52 100,5
01.10.2021 44 226,4 7 033,8 51 260,2
01.07.2021 44 104,9 6 455,3 50 560,2