Azərbaycan növbəti peykini orbitə buraxır
Azərbaycanın ikinci “Azerspace-2/Intelsat 38” geostasionar peykinin buraxılışı 2018-ci ilin sentyabrına planlaşdırılıb.
Minval.info Trend-ə istinadən xəbər verir ki, bunu “The John Batchelor Show” (ABŞ) radio şousunun efirində “Azərkosmos” ASC-nin prezidenti Rəşad Nəbiyev deyib.
R.Nəbiyev qeyd edib ki, hazırda orbitdə Azərbaycanın iki peyki var; Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropada telekommunikasiya xidmətləri göstərən “Azerspace-1” və bütün dünya üzrə, eləcə də “Quql” kimi iri şirkətlərə xidmət göstərən “Azərskay” peykləri var.
R.Nəbiyev əlavə edib ki, kosmik xidmətlər bazarı sürətlə dəyişir və bu sektorda getdikcə daha böyük rolu startaplar oynayır.
Qeyd edək ki, “Azerspace-2/Intelsat 38” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan buraxılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Bakıda küçələr və prospektlər yuyuldu
Diplomatlar Xudavəng monastırına səfər etdilər
Bakı metrosu yeni tədris ilinə hazırdır!
Bakıda metro qazıntısı: Bina boşaldılmayıb!
Bakının futbol istedadı: Ceyms Eziasinin hədəfləri
Gəncə basketbol klubu İvan Luna ilə güclənir