Azərbaycan nefti ucuzlaşmaqdadır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 80,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,34 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 79,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 18-də 76,70 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 18-də 80,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,29 dollar/barel azdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağ penaltidən vurdu, Şəfa məğlub oldu
Bakının Ceyhun Hacıbəyli küçəsi bağlanır!
SOCAR neftçiləri videoçarxla təbrik etdi
Bakıda və rayonlarda qida obyektləri bağlandı
Azərbaycan Hava Yolları Mərkəzi Asiyanın ən yaxşısı seçildi
Bakıda şənbə günü yağışsız, mülayim hava gözlənilir
Dağlıq ərazilərdə leysan və sel təhlükəsi!