Ayın görünməyən tərəfinin 60 il əvvəl çəkilmiş ilk görüntüsü təqdim olundu - FOTO
Rusiyada Ayın görünməyən tərəfinin nadir fotolarından biri təqdim olunub. Foto 60 il əvvəl “Luna-3” stansiyası tərəfindən çəkilib.
Fotonu və kartoqrafik materialları Rusiya Dövlət Elmi-Texniki Sənədlər Arxivi təqdim edib. Təqdim olunan materiallar arasında “Luna-3” stansiyasının şəkilləri, o cümlədən Ayın digər tərəfinin şəklinin necə çəkilməsi sxemi yer alıb.
Qeyd edək ki, “Luna-3” 1959-cü ilin 4 oktyabrında buraxılıb və 207 günlük uçuş həyata keçirib. Onun vasitəsilə ilk dəfə Ayın görünməyən tərəfinin şəkilləri Yerdən 60-70 min kilometrlik məsafədən çəkilib. Həmin şəkillərin köməyi ilə peykin ilk atlas və xəritəsi tərtib olunub, 1961-ci ildə isə Ayın yenilənmiş qlobusu buraxılıb.(oxu.az)
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək