Avtomobillər hərəkətdə olarkən niyə alışır? - VİDEO
Dünən axşam saatlarında hərəkətdə olan avtomobil qəfil alışıb.
Hadisə Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində baş verib. Avtomobilin yanması ilə yolda uzun tıxac yaranıb. Bundan bir neçə gün əvvəl isə bənzər hadisə Biləsuvarda və Sədərək yolunda baş vermişdi. Biləsuvarda mikroavtobus, Bakıda isə minik avtomobili hərəkətdə olarkən yanmışdı.
Son günlər havaların isinməsi ilə baş verən bu hadisələr bir məsələni gündəmə gətirir: İşlək vəziyyətdə olan avtomobil hansı səbəbdən yana bilər?
Ustalar hesab edir ki, yanmanın əsas səbəbi yanacaq sisteminə gedən şlanqlar ola bilər.
Avtomobil ustası Dəniz Ağabəylinin sözlərinə görə, xüsusilə də isti havalarda yanacaq çəninə gedən şlanqlar keyfiyyətsiz olduğundan quruma baş verir. Nəticədə avtomobilin alışma riski yaranır. Yeni avtomobillərdə isə belə hal çox nadir vaxtlarda baş verir. İstehsal ili 5 ildən çox olmayan avtomobillərdə baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə rast gəlinir.
Ustalar, xüsusilə yay aylarında avtomobilin yanacaq sistemini yoxlatmağı tövsiyə edirlər. Əks halda xırda bir detalın dəyişdirilməməsi ucbatından avtomobil yana bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qeyri-döyüş şəraitində ölən hərbçilərin yaxınları aksiya keçirib - VİDEO
Azərbaycanda ölən 15 yaşlı qızın səs yazısı yayıldı - VİDEO
91 saat sonra 4 yaşlı Ayla xilas edildi - (FOTOLAR, VİDEO)
Bəhram Bağırzadə Hüseyn Əzizoğlunun əlini və ağzını bağladı - VİDEO
108 gündür hava limanında məcburən yaşayan şəxs - VİDEO
Azərbaycanlı rəqqasədən biabırçı hərəkət: oğlanın şalvarının....