Avropa Türkiyəyə silah satışını dayandırıb
Britaniya və İspaniya Türkiyəyə Suriyadakı əməliyyatlarına görə, hərbi idxalını dayandırıb.
Britaniyanın xarici işlər naziri Dominik Raab deyib ki, ölkəsi NATO müttəfiqinə silah satışını yenidən nəzərdən keçirir.
“Suriyada istifadə oluna bilən sursat satışı nəzərdən keçirilənədək Türkiyəyə heç bir silah satılmayacaq”- deyə, nazir əlavə edib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Türkiyənin ən böyük silah idxalçılarından olan İspaniya hərbi malların satışının dayandırldığını bəyan edib.
İspaniyanın sosial hökuməti Türkiyəni əməliyyatlara son verməyə çağıraraq, bunun regional sabitlyə hədə olduğunu bildirib.
İspaniya 2008-2018-ci illərdə Türkiyəyə silah satışına görə ABŞ, Cənubi Koreya, Almaniya və İtaliyadan sonra 5-ci yeri tutub.
London və Madridin bəyanatları Almaniya və Fransa da daxil edilməklə, əsas Avropa ölkələri, NATO müttəfiqlərinin bunabənzər qərarlarından sonra səslənib.
İsveş də silah satışını dayandırdığını bəyan edib./Amerikaninsesi.org/
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək