ATV Hüseyn Əzizoğluna qadağa qoydu - EKSKLÜZİV
ATV telekanalı tanınmış vayner Hüseyn Əzizoğluna efir qadağası qoyub.
Minval.info özəl olaraq əldə etdiyi məlumata əsasən xəbər verir ki, ATV telekanalında yayımlanmış “Vine show”-da iştirak edərək üçlüyə qədər gəlib çıxmış Hüseyn Əzizoğlu səsvermədə uduzaraq finala keçə bilməyib.
Vayner finala qala bilməməsi ilə əlaqədar sosial şəbəkədə paylaşım edərək uduzmağında kanal rəhbərliyini günahlandırıb: “Məni “Vine show”-da uduzdurdular. Yarımfinalda məni uzaqlaşdırdılar. Amma mən buna layiq deyildim. 1 milyon izləyicisi olan məni gətirib 20 min izləyicisi olan birinə uduzdurdular. Mən bu xalqın içindən çıxan adamam. Atama, qohumlarıma 2-3 min manat pul verib, “Mənə səs göndərin” deməmişəm. Məni Allah, bu xalq sevir. Təki mən həyatda uduzmayım, oyun boş şeydir. Hər şeyi xalqım gözəl bilir. Hamınızı sevirəm. Mən qalib olmadım, amma xalqımın sevgisini qazandım. Göndərdiyiniz səsləri hala edin”.
Əldə etdiyimiz məlumata görə, vaynerin bu çıxışı ATV telekanalının rəhbərliyi tərəfindən qəzəblə qarşılanıb və vaynerin kanala girişinə qadağa qoyulub. Rəhbərlikdən Hüseyn Əzizoğlunu növbəti əmrə qədər ATV telekanalında yayımlanan heç bir verilişdə görmək istəmədiklərini deyiblər.
Qeyd edək ki, ötən aylarda yayımlanmış verilişin finalçıları aktyor Rafael İsgəndərovun oğlu vayner Fuad İsgəndərov və Mahmud Səfərov olublar. Sonda yarışmada birinciliyi Fuad İsgəndərov qazanıb və əsas hədiyyə hesab edilən motosikleti Mahmud Səfərova bağışlayıb.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Həmçinin oxu: Hüseyn Əzizoğlu ATV-nin qadağasından DANIŞDI
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026

