"Atanız evə gəlir", deyib şəhidin övladlarını məktəbdən evə göndərdik" - FOTO
Dünən səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan zabiti, 36 yaşlı mayor Aqil Omarov bu gün doğulduğu Qaxın Lələpaşa kəndində torpağa tapşırılacaq. Şəhidin iki oğlan övladı var.
Minval.info xəbər verir ki, Qaxın Lələpaşa kənd orta məktəbindən Unikal.org-a verilən məlumata görə, Aqil Omarov Balakən rayonunda doğulub. Amma o, ailəsi ilə birlikdə Qaxın Lələpaşa kəndində yaşayıb.
Aqilin böyük oğlu Uğur 4-cü, Süphan Omarov isə Lələpaşa kənd orta məktəbin 2-ci sinif şagirdidir.
Uşaqları “atanız evə gəlir” deyib məktəbdən evlərinə yola salmışıq. Onlarda sevinə-sevinə evlərinə gediblər. Heç biri atalarının şəhid olmasından xəbəri yoxdur.
Şəhidin Uğur və Süphan adlı övladları ilə görüntüsünü oxuculara təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ