Atambayevin iqamətgahı yaxınlığında keçirilən əməliyyat zamanı 43 nəfər yaralanıb, 1 xüsusi təyinatlı ölüb - Foto, video
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin iqamətgahı yaxınlığında keçirilən əməliyyat zamanı 15 nəfər yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə “Ria Novosti” saytı yazıb. Məlumatda yaralıların xəstəxanalara yerləşdirildiyi qeyd edilir. Yaralılar arasında 1 nəfər jurnalist və 1 nəfər təhlükəsizlik xidmətinin əməkdaşı var.
Qırğızızstan Milli Təhlükəsizlik Komitəsi isə məlumat yayaraq döyüş silahlarından istifadə edilməsi barədə xəbərləri təkzib edib. Məlumatda yalnız rezin güllələrdən istifadə edildiyi qeyd olunub.
***
Musavat.com xəbər verir ki, eks prezident Almazbek Atambayevin saxlanılması əməliyyatında yaralananların sayı 43 nəfərə çatıb. Bir xüsusi təyinatlı isə həlak olub.
Qeyd edək ki, Qırğızıstan parlamenti sabiq prezident haqqında ittihamlar siyahısını prokurorluğa təqdim edib. Eks prezident korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər qanunsuz əməllərdə ittiham edilir. Məhkəmə Atambayevi təqsirli biləcəyi halda onu ömürlük həbs cəzası gözləyir.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək