“Astana” futbol klubunun da adı dəyişir?

Qazaxıstanın “Astana” futbol klubunun adı dəyişdirilməyəcək.
ONA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayev bildirib.
O deyib ki, “Astana Opera”, “Astana Arena”, “Astana” telekanalı və “Astana Arlans” boks komandasının da adları olduğu kimi qalacaq.
Nazir “Astana” beynəlxalq brendini qoruyub saxlamaq fikrində olduqlarını vurğulayıb.
Qeyd edək ki, “Astana” futbol klubu son 5 mövsümdə futbol üzrə ölkə çempionatının qalibi olub.
Xatırladaq ki, bir neçə gün əvvəl 29 il Qazaxıstana rəhbərlik edən Nursultan Nazarbayev istefa verib. Onun yerinə keçən Kasım-Jomart Tokayev paytaxt Astananın Nursultan adlandırılmasını təklif edib. K. Tokayevin təklifi Qazaxıstan parlamentində müsbət qarşılanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı