02.01.2020 - 12:00
Qış Parkında kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıb
Dünya 3 baxış

“Arvadıma niyə baxırsan?” deyən əmisinin boğazını kəsib, gözlərini oydu

Qış Parkında kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıbİstanbulun Esenyurt bölgəsində keçmiş hərbi pilot qardaşı oğlu tərəfindən evində boğazı kəsilərək öldürülüb.

“Haber Global”ın məlumatına görə, hadisəyə səbəb əmi 52 yaşlı İsmayıl Molla Umeyrlə qardaşı oğlu 25 yaşlı Əbdülqədir Xəlil Mulle arasında mübahisə olub.

Belə ki, qətldən bir gün qabaq “arvadıma niyə baxdın” sözləri üstündə əmi ilə qardaşı oğlu arasında mübahisə baş verib. Növbəti gün Mullenin həyat yoldaşı evi tərk etdikdən sonra kişilər arasında yenidən mübahisə başlayıb. Nəticədə Mulle 52 yaşlı əmisinin boğazını kəsib, daha sonra isə gözlərini oyub.

Hadisə yerinə gələn polislər Mulleni həbs ediblər. Hadisə zamanı qətlə yetirilən kişinin 5 yaşlı oğlu da evdə olub.

Qeyd edək ki, 25 yaşlı Mulle bir müddət əvvəl Türkiyədən deportasiya edilsə də, qaçaq yollarla yenidən ölkəyə daxil olub.

Oxu.az

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: