Tanınmış şair Aqşin Yeniseyin səhhətindən xəbər var.

Minval.info-nun məlumatına görə, şairin  vəziyyəti normallaşıb. Bu barədə özü sosial şəbəkədə yazıb:

“Endoskopiya müayinədən üzüağ çıxdıq, dostları narahat etdiyim üçün üzr istəyirəm! Yaşamağa davam!”.

Xatırladaq ki, Aqşin Yenisey dünən mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.