08.05.2019 - 18:20
Müsahibə 10 baxış

Aqil Abbas: “İlk maaşımla borcumu qaytarmışam” - VİDEO

“ARB Günəş”in “Kiçikdən-böyüyə” verilişinin növbəti qonaqları millət vəkili Aqil Abbas və nəvəsi 11 yaşlı Tansu olub.

Söhbət zamanı millət vəkili nəvəsi Tansunun “İlk maaşınla nə almışdın?” sualını cavablandırıb:

“Ağsuda müəllim işlədiyim zaman olub. İlk maaşımla kitab aldım. Bir də borcum var idi. Onu qaytardım”.

Millət vəkili daha sonra uşaqlara bir sıra tövsiyyələr də verib:

“Uşaqlara demək istəyirəm ki, mehriban olun. Bir-birinizi sevin, yardımçı olun. Böyüklərinizə və müəllimlərinizə hörmət edin. Müəllim sizi danlayanda küsməyin. Bilin ki, sizi sevdiyindən danlayır. Küçədə yaşlılara, köməyə ehtiyacı olanlara yardım edin və ən əsası çoxlu oxuyun”.

https://www.youtube.com/watch?v=prJREPOKO5Q

Açar sözlər: #Aqil Abbas
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: