“Apple” sistemində boşluq tapan 19 yaşlı gənc böyük mükafatı götürmədi - Video
Türkiyənin Aydın şəhərində yaşayan 19 yaşlı gənc “Apple” sistemində boşluq tapıb.
Amma Hüseyin Çoban böyük mükafatı götürməkdən imtina edib.
Bizimyol.info xəbər verir ki, türkiyəli gənc “Apple” şirkətinin təklif etdiyi 220 min dolları çox az sayıb. Onun fikrincə, daha böyük mükafata layiqdir.
“Türkiyədə məşhurların çoxu “Apple” istifadə edir. Bu boşluq sayəsində “iCloude” şifrələri vasitəsilə hamının şəkillərini əldə etmək mümkündür. “Apple” şirkətinə məlumat verdim. Mükafatın məbləğini dedilər. Məni qane etmədi. Amma bunu demədim. Mənə pis niyyətlə müraciət edən çoxdur. Beşqat qazanmaq imkanım var. Buna baxmayaraq, sirri yaymaq fikrim yoxdur”, – Çoban belə deyib.
Hüseyin ikinci dəfədir “Apple” sistemində boşluq tapır. Bundan əvvəl cəmi 300 lirə (təxminən 50 dollar) mükafat almışdı.
https://www.dailymotion.com/video/x7os2oe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
