Apple-in bazar dəyərində şok eniş: 500 milyard dollar necə buxarlandı?
ABŞ-ın texnologiya sektorunda önəmli yer tutan “Apple” və “Amazon” şirkətləri, maliyyə hesabatlarını açıqladıqdan sonra fərqli istiqamətlərdə hərəkət etdi. “Apple”in bazar dəyəri bir neçə saat ərzində 500 milyard dollar azaldı.
Minval.info xəbər verir ki, “Amazon”un bulud xidmətləri bölməsi AWS-nin gəlirləri gözləntiləri aşdığı üçün şirkətin səhmləri 12% artış göstərdi. Digər tərəfdən, “Apple” mənfəət və gəlir proqnozlarını üstələsə də, zəif artım gözləntiləri səbəbindən 8% dəyər itirdi.
Bu hadisə nəticəsində, “Apple”in bazar dəyəri, qısa müddət ərzində təxminən 500 milyard dollar azaldı. Şirkət, ötən həftə dünyanın ən dəyərli şirkəti olaraq “Nvidia”nı geridə qoymuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahu: İsrailin taleyi təhlükədədir
Ukraynalı repçi Kyivstoner Danimarkada sui-qəsddən xilas olub
İranda məcburi hicab qaydalarına əməl etməyənlər artır
Dinyeper çayı üzərindəki körpülərə hücum: Kiyev qaranlığa qərq oldu
Rusiya raketləri Kiyevdə üç körpünü vurdu
Polşa hava sahasında qeyri-müəyyən cisim aşkarlanıb
Rusiyanın Kiyevə zərbələri üç nəfərin ölümünə səbəb olub