APOEL-in futbolusu: "Stadionun dolu olması bizi qorxutmur, çünki..." - FOTO
“Avqustda etdiyimiz təkrarlamağa çalışacağıq. Çünki qrupda xal qazanmamışıq. Bu qələbəyə çox ehtiyacımız var”.
“Minval.info”un məlumatına görə, bu fikirləri Kiprin APOEL komandasının futbolçusu Roman Bezyak UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”a qarşı Bakıda keçirəcəkləri oyun haqda danışarkən deyib.
Sloveniyalı hücumçu matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan mətbuat konfransında bildirib ki, “Qarabağ”ın hansısa cəhətindən çəkinməli olduqlarını düşünmür: “Bu rəqibi bu il Bakıda üstələmişik. Bu dəfə öz oyunumuzu nümayiş etdirə bilsək, müsbət nəticə qazanacağıq. Hər bir oyun 0:0 hesabı ilə başlayır. Qrup mərhələsində baş tutan digər görüşlərin önəmi yoxdur. “Qarabağ”a qalib gəldiyimiz oyunda da stadion dolu idi. Azarkeş amili çıxışımıza təsir göstərməyəcək. Qisas haqqında düşünüb-düşünməmək “Qarabağ”ın öz işidir”.
Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək oyun saat 20:55-də başlayacaq.
Məhəmməd Türkmən
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı


