Antaliyada nişanlı cütlük qonşuları tərəfindən vəhşicəsinə döyüldü - VİDEO
Antaliyada bir nişanlı cütlük hovuz kənarında döyülüb.
Musavat.com xəbər verir ki, hadisinənin görüntüləri həmin ərazinin müşahidə kameralarına düşüb.
Məlumata görə gənc cütlük 10 nəfərlik bir ailə tərəfindən döyülüb. Hadisə nəticəsində döyülən qadının (Hatice.D) halı pisləşərək ürəyi gedib. Osman Erdoğan adlı kişi ürəyi gedən nişanlısını qəzəbli ailədən qorumağa çalışıb. Sözügedən hadisə iyul ayının 14-də baş verib.
Hadisəyə səbəb döyülən qadının balaca uşağa təpik vurması olub. Hatice adlı qadın təpik vurduğu uşağın anası tərəfindən hovuz kənarına çağırılaraq orada döyülüb. Uşağın anası özü ilə başqa 3 qadın da gətirib. Hadisə böyüdükdən sonra təpiklə vurulan uşağın digər ailə üzvləri də oraya gəlib. Ərazidə yaşayan digər sakinlərin polisə xəbər verməsi nəticəsində tərəfləri sakitləşdimək mümkün olub. Polislər döyülən qadını və onun nişanlısını xəstəxanaya çatdırıb.
Xəstəxanada ayılan gənc qadın polis əməkdaşlarına uşağı təpikləmədiyini deyib. Hazırda faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xərçəngə qarşı qoruyur, zərərli xolesterolu azaldır
“İran 18 milyard dollar cərimə ödəyəcək”
5 İran kateri İngiltərəyə məxsus tankeri dayandırmaq istəyib
Xoruzu tezdən banladığına görə məhkəməyə verdilər
Ukraynada “Bayraktar” PUA-ları istehsal edən zavod tikiləcək
Qazaxıstanlı milyonçudan təəcüblü addım: Şuşa məscidini təmir edəcək - VİDEO