“Anlayırsan ki, həmişə müsəlman olmusan, sadəcə, bunu dərk etməmisən” - Video
2018-ci ilin payızında İslam dinini qəbul edən müğənni Şineyd O`Konnor İrlandiyada “The Late Late Show”un qonağı olub.
“Qafqazinfo”nun məlumatına görə, bu, onun uzun fasilədən sonra ilk dəfə tamaşaçı qarşısında göründüyü şou olub. Efirə hicabda çıxan Şineyd bildirib ki, İslam dinini qəbul etməsini “dəyişiklik” yox, “qayıdış” adlandırır:
“Quranı oxuduqdan sonra anlayırsan ki, sən həmişə müsəlman olmusan, sadəcə, bunu dərk etməmisən. Mənimlə məhz elə bu baş verdi. 52 yaşım var, fərqli bir İrlandiyada böyümüşəm. Bura dini baxımdan zülmə məruz qalan ölkə idi. Hər kəs üçün pis idi, Allahla ünsiyyətdən heç kim sevinc tapmırdı. Faktiki olmadan da müsəlman olmaq olar. Müsəlman dünyada Allahdan başqa heç nəyə sitayiş etməyin qadağan olduğuna inanan yeganə insandır”.
Qeyd edək ki, Ş. O`Konor İslamı qəbul etdikdən sonra adını dəyişib Şühəda edib.
https://youtu.be/je8Mh7Bc2hI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək