Ankarada Ərdoğan-Putin danışıqları
Ankarada Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş keçirilir.
Virtualaz.org “Anadolu”ya istinadən bildirir ki, danışıqlar Türkiyə-Rusiya-İran üçtərəfli sammiti öncəsi aparılır.
Türkiyə dövlətinin başçısı Putini Ankaradakı “Çankaya” Sarayında qarşılayıb. Rəsmi qarşılanma mərasimindən sonra ikitərəfli danışıqlar başlayıb.
* * *15:16
Rusiya Prezidenti Vladimir Putin Suriyadakı vəziyyəti müzakirə etmək üçün Rusiya, İran və Türkiyə liderlərinin zirvə toplantısının keçiriləcəyi Ankaraya gəlib.
Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Bundan əvvəl Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirmişdi ki, prezidentlər İdlibdə və Suriyanın şimal-şərqindəki vəziyyəti, eləcə də bu ölkədə siyasi tənzimləmə prosesini müzakirə etmək niyyətindədirlər.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, Ankaradakı danışıqlarda Saudi Aramco müəssisələrinə edilən hücumun müzakirə olunacağını da istisna etməyib.
Rusiya Prezidenti köməkçisinin sözlərinə görə, Rusiya Federasiyası – İran – Türkiyə sammitindən əvvəl Putinlə türk və iranlı həmkarları arasında ayrı-ayrılıqda ikitərəfli görüşlər keçiriləcək, danışıqlarda Suriyanın tənzimlənməsi ilə bağlı bəzi məqamlara da toxunulacaq. Putin və Ərdoğan, öz növbəsində, Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək