Angela Merkel və Vladimir Putin arasında telefon danışığı olub
Almaniya kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tərəflər Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.
“Kansler və Rusiya Prezidenti Suriyadakı vəziyyətə toxunub, ölkənin şimal qərbindəki hərbi gərginliyi müzakirə ediblər. Onlar münaqişənin sonlandırılması üçün BMT-nin himayəsi altında siyasi dialoqun vacibliyini vurğulayıblar.
Hər iki rəsmi BMT-nin Suriya və Liviya üzrə xüsusi nümayəndələri Geir Pedersen və Hassan Salamin fəaliyyətinə dəstəklərini bir daha təsdiqləyiblər”, – deyə Almaniya kanslerinin ofisindən bildirilib.
A.Merkel və V.Putin Ukrayna üzərindən qaz tranziti məsələsini də müzakirə ediblər.
“Onlar gələcək qaz tranziti müqavilələri ilə bağlı danışıqların sürətləndirilməsinin vacibliyini vurğulayıbar”, – kanslerin ofisindən bildirilib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək