“Ancelina Coli” İranda həbs olundu - Foto
O, yerli geyim qaydalarını pozub
ABŞ aktrisası, Oskar mükafatı laureatı, üç dəfə “Qızıl qlobus” mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında “Hildiya” mükafatının qalibi, BMT–nin xoşməramlı səfiri Ancelina Colinin (1975-ildə doğulub) İrandakı fanatı həbs olunub.
“BBC” bildirir ki, İranın “İnstagram” ulduzu olan 22 yaşlı Səhər Tabər Amerikalı ulduzun zombiyə bənzər zahiri görnüşünü qazanmaq üçün 50 dəfədən çox plastik əməliyyat keçirib. Məhz bu görüntü onu məşhurlaşdırıb. Ötən il isə onun fotoları Qərb mediasında sürətlə yayılmışdı.
“İranda rəqs etmək üçün hər şeylə risk etdim”, deyən gənc fanat xanım “İnstagram”da paylaşdığı fotolarını rəqəmsal proqramların köməyi ilə daha baxımlı edirmiş.
Səhər Tabər kafirlik, zorakılığa çağırış, paltar geyməklə bağlı yerli qadağaları pozmaq, gəncləri yoldan çıxarmaq kimi ittihamlarla üzləşib. Artıq onun “İnstagram” hesabı qapadılıb.
Musavat.com


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yeni pandemiya təhlükəsi: Çində daha bir qorxulu epidemiya başlayır
Putin: Rusiyada qadınlar 60 yaşında pensiyaya çıxmalıdırlar
Qısa ətək qadağan olundu - Küçəyə bikini ilə çıxdılar
KİV: "Tacikistana qaçan birinci vitse-prezident Əfqanıstana qayıdacaq"
Avropa Birliyi Rusiyaya qarşı sanksiyanı gücləndirməkdən imtina etdi
Türkiyədə qızıl istehsalı rekord həddə çatıb
