Anasını öldürən 15 yaşlı oğlana hökm oxundu - VİDEO
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə barədə qərar verilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, oğlanın əqli durumunda problem olduğu, buna görə də Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi qərara alınıb.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb. Bakıda “Neftçilər” metrosunun yaxınlığında 1985-ci il təvəllüdlü S.Məhərrəmova oğlu, 2007-ci il təvəllüdlü şəxslə mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO