Amerikalı senator Cavad Zərifə qarşı sanksiyanı səhv addım adlandırıb
ABŞ administrasiyasının İranın XİN rəhbəri Cavad Zərifə qarşı sanksiya tətbiq etməsi yanlış qərardır.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Konqres Senatının hüquq komitəsinin baş demokratı Dayenn Faynstaynın yazılı şəkildə yayılmış açıqlamasında deyilir.
“Administrasiyanın bu gün İranın xarici işlər naziri Cavad Zərifə qarşı sanksiya tətbiq etməsi səhv qərardır. Mən Zəriflə 15 ildən çoxdur tanışam. Doğrudur, onunla fikirlərimiz üst-üstə düşməyib, ancaq o həmişə ixtisaslı diplomat olub”, – senator belə deyib.
Onun sözlərinə görə, Trampın addımı rəsmi Tehranın masa arxasına qayıtması imkanlarını məhdudlaşdırır: “Qərar bizi sülhə yaxınlaşdırmır, onsuz da gərgin olan vəziyyəti daha da sərtləşdirir”.
“İranla uzunmüddətli diplomatik nizamlanma əldə etməyin yeganə yolu danışıqlar aparmaqdır, onun yüksək vəzifəli şəxslərinə qarşı sanksiya tətbiq etmək çıxış yolu deyil”, – deyə senator əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək