29.12.2019 - 23:28
Dünya 1 baxış

Alt paltarında evdən qaçdı - Rusiyada ilginc hadisə (FOTOLAR,VİDEO) 18+

Polis: “Qadın sağdır, kişi isə xəstəxanalıq olub”

Sosial şəbəkədə yayılmış fotoda aydın görünür ki, bir kişi bir qadını binanın blokuna tərəf sürüyür. Pilləkənlərin üzəri ilə alt paltarında sürüklənən qadınla bağlı video-görüntülər də var. Həmin materialları Rusiyanın “sakhalin.info” saytı yayıb.

Olay baş verən yerdə hər tərəf qar içindədir. Hücuma məruz qalan qadın isə huşsuz vəziyyədə olub. Qadının bir əlindən tutan kişi onu pilləkənlərlə yuxarı dartır. Giriş qapısı başqası tərəfindən saxlanılır. Baş verənləri seyr edən başqa biri telefonla video-çəkiliş aparır. Heç kim prosesə müdaxilə etməyə çalışmır.

Nəşrin məlumatına görə, hər şey Novotroitsk şəhərində (Anivsky rayonu) Riqa küçəsindəki 5 nömrəli binada baş verir. Mənbə bildirir ki, qadını sürükləyən kişi onu ağır şəkildə döyür.

Polisin mətbuat xidməti mediaya bildirib ki, qadının sağ-salamatdır və ciddi xəsarət almayıb. İddia edirlər ki, həddindən artıq sərxoş vəziyyətdə olan bu qadın evdən küçəyə qaçıb və sevgilisi onun ardınca çıxıb. Mətbuat xidməti kişinin qadını döydüyünü təsdiqləyib. Ruhi xəstə olduğu deyilən kişini isə psixiatrik xəstəxanaya yerləşdiriblər.

https://www.youtube.com/watch?v=IV5FU1kREQ8

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: