Almaniyaya mühacirət edən 10-dan çox azərbaycanlı qaytarılır
Almaniyada 10-dan çox ailə deportasiya edilmək üçün Düsseldorf şəhər hava limanına gətirilib.
Bu barədə AzEuroNews.com–a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, 09 aprel 2019-cu il səhərə yaxın 10-dan çox azərbaycanlı ailə xüsusi rejslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb. Həmin soydaşlarımızın əksəriyyəti 5 fevral 2019-cu ildə Düseldorf hava limanına aparılan, lakin nəzərdə tutulmuş uçuş texniki səbəbdən baş tutmadığına görə yenidən öz yaşayış yerlərinə qaytarılan ailələrdir. Hava limanına aparılanlar arasında siyasi partiya fəalları, xəstələr, ailə üzvlərindən bəziləri evdə olmayanlar da olub və bu halların heç biri deportasiya üçün gələn səlahiyyətli orqanlarnı qərarı icra etməkdən çəkindirməyib. Deportasiyası nəzərdə tutulanlar Almaniyada müvəqqəti yaşamaq üçün müraciət edən və müraciəti rədd olunan, barələrində olan məhkəmə araşdırmaları isə başa çatan şəxslərdir.
“Əldə etdiyimiz məlumata görə onlardan 12 nəfəri readmissiya sazişinin tələblərinə uyğun qaytarılan şəxslərdir. Əlaqə saxladığımız soydaşlarımız və onların ailə üzvləri polis tərəfindən etik davranış qaydalarına əməl olunduğunu və onlara münasibətdə zorakılıq hallarının tətbiq olunmadığını bildirdilər”– deyə “Leqat” inteqrasiya mərkəzindən bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ