Almaniyadan 170 minlik avtomobil qaçıran azərbaycanlı gəncdən ağlasığmaz addım (VİDEO)
Azərbaycan vətəndaşı Babək Nəzərov kirayə adı ilə götürdüyü 170 min manatlıq avtomobili oğurlayıb.
O, Almaniyadan qaçırdığı son model avtomobillə Azərbaycanda tutulub.
Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Babək Nəzərovun idarə etdiyi “Mercedes” markalı son model avtomobil saxlanılıb.
Həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub. Araşdırma aparılarkən məlum olub ki, avtomobil Almaniyanın Münxen şəhərində kirayə avtomobil verən şirkətlərdən birinə məxsusdur. Dindirmə zamanı Babək Nəzərovun digər cinayət əməlləri də üzə çıxıb.
Dövlət Gömrük Komitəsindən onu da bildirdilər ki, Babək Nəzərov avtomobili kirayə götürdükdən sonra onun dövlət nömrə nişanını da saxtalaşdırıb. Hətta Babək Nəzərov kirayə şirkətinin avtomobilin qaçırıldığından xəbəri olmasın deyə ön sağ farasını çıxararaq Almaniyada qoyub.
Çünki həmin farada olan ”GPS” vasitəsilə şirkət avtomobillərinin hansı ərazidə hərəkətdə olduğunu izləyirmiş. Fakta görə onun barəsində cinayət işi başlanıb, istintaq gedir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar - VİDEO/FAKT
“Papito”nun ifaçısı Bakıda klip çəkdirdi - FOTO, VİDEO
Bakıda həkimdən biabırçı reklam - VİDEO
Nigardan erotik video - VİDEO
Polis tüstüdən zəhərlənən şəxsi belə xilas etdi - VİDEO
Ruhi xəstəni zəncirləyən market sahibi həbs edildi